Süni intellekt müəllimləri əvəz edəcək?

 16:33 08.08.2025     99

Cambridge Universiteti və ABŞ-ın MIT texnologiya institutunun birgə apardığı araşdırma süni intellektin təhsil sistemindəki rolu ilə bağlı maraqlı nəticələr ortaya qoyub. Araşdırmaya əsasən, AI əsaslı tədris platformaları şagirdlərin fərdi öyrənmə tempinə uyğunlaşaraq bəzən müəllimlər qədər, hətta daha çox effektiv ola bilir.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature Human Behaviour" jurnalında dərc olunub və təhsildə süni intellektin rolu ilə bağlı qlobal müzakirələri yenidən gündəmə gətirib.

Tədqiqat çərçivəsində 5 ölkədə 12 min şagirdin iştirak etdiyi eksperimentlərdə AI tutorlarının dərs izahları, tapşırıqlara geribildirim və motivasiyaedici yanaşmalarının uğurlu nəticələr verdiyi müşahidə olunub. Lakin ekspertlər qeyd edirlər ki, AI heç vaxt müəllimlərin empatiyasını və insani yanaşmasını tam əvəz edə bilməz.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən