Tarix dərsliklərində Zəngəzur dəhlizindən BƏHS EDİLƏCƏK

 15:52 12.08.2025     774

“Zəngəzur dəhlizi Azərbaycanın mühüm tarixi hadisəsi sırasında olduğundan yaş səviyyəsi və tarixi dövr əhatə olunan sinif üzrə tarix (“Zəfər tarixi 9”, “Azərbaycan tarixi 11”) dərsliklərində əks olunub”.

Redaktor.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, ən yeni tarixin təhsilalanlara təqdim edilməsi baxımından növbəti illərdə hazırlanacaq və ya təkmilləşdiriləcək aidiyyəti dərsliklərdə son dövrləri əhatə edən mühüm məsələlər, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı əlavə məlumatlar yer alacaq.

Əlavə olaraq qeyd edilib ki, ümumi təhsil pilləsi üçün hazırlanmış dərsliklərdəki materialların təlimə uyğun həyata keçirilməsi üçün metodik tövsiyələri də özündə ehtiva edən dərsliklərlə komplekt təşkil edən müəllimlər üçün metodik vəsaitlər hazırlanır. Dərslikdə yer alan mövzuların effektiv tədrisi ilə bağlı tövsiyələr həmin vəsaitlərdə əks olunur.

Vumart və Güvən reklamı Vumart Güvən