“Zəngəzur dəhlizinə dərsliklərdə geniş yer ayrılmalıdır” - TƏKLİF

 20:17 13.08.2025     101

"Zəngəzur mahalı tarixi Azərbaycan torpaqlarıdır. Qərbi Zəngəzur 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan xalqının razılığı olmadan, referendum keçirilmədən, zorla bizdən qoparılaraq ermənilərə verilib. Zəngəzur dəhlizi isə indiki Azərbaycan və Ermənistan ərazilərini birləşdirən əsas xətdir. Eyni zamanda, bir sülh və ticarət yoludur. Bu dəhlizlə bağlı, eləcə də Qərbi Zəngəzurla bağlı orta məktəb dərsliklərində verilən materiallar təbii ki, qanunauyğunluqdur".

Bu fikirləri Redaktor.az-a keçmiş deputat, təhsil eksperti Sona Əliyeva Zəngəzur dəhlizinin tarix dərsliklərinə salınmasından danışarkən bildirdi.

O əlavə etdi ki, günümüzlə səsləşən bu cür tarixi mövzuların dərs saatıməktəblərdə daha da artırılsın:

"9-11-ci sinif dərsliklərində Zəngəzurla bağlı tarixi materialların və faktların yer alması Ermənistanla imzalanacaq sülh sazişi üçün hər hansı bir maneə deyil. Əksinə, dividenddir. Gənc nəsil öz tarixinə bağlı şəkildə yetişdirilməlidir.  Zəngəzur qədim Azərbaycan torpağıdır və bunu tarixi sənədlər də sübut edir. Özü də çox uzaq olmayan tarixdir. Cəmi 100 il öncə bizim olan torpaqlardan söhbət gedir".

Ekspert təklif edir ki, Zəngəzur dəhlizi ilə bağlı ümumtəhsil məktəblərində, o cümlədən universitet proqramının Coğrafiya və İqtisadiyyat dərsliklərinə də geniş yer ayrılmalıdır:

"Bu, zamanın tələbidir. Zəngəzur dəhlizi indi təkcə Azərbaycanla Ermənistanın yox, bütün dünyanın maraqlarını özündə birləşdirən strateji coğrqfiyadır. Bizim məktəblilər və tələbələr onun haqqında daha geniş bilgiyə sahib olmalıdırlar. Bu baxımdan, Təhsil Nazirliyi bu istiqamətdə apardığı işləri daha da şaxələndirməli və genişləndiriməlidir", - deyə Lalə Əliyeva qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən