Ən çox hansı bölgələrin müəllimləri sertifikasiyadan kəsilib? - SİYAHI

“Müəllim kəsilib”. Bu ifadə bir zamanlar yalnız şagirdlər üçün işlədilirdi. İndi isə vəziyyət dəyişib. Artıq müəllimlər də imtahan verir, nəticələr isə bəzən gözlənildiyindən də sərt olur.
Bu il bəzi rayonlarda onlarla müəllim sertifikasiya imtahanından keçə bilməyib. Statistikalar göstərir ki, imtahanda minimal keçid balını toplaya bilməyənlərin sayı heç də az deyil.
Ötən il sertifikatlaşdırma imtahanından kəsilən 3 338 müəllim bu il yenidən imtahanda iştirak etdi. Onların arasında imtahana girməyən, nəticəsi ləğv olunan və ən əsası müvafiq keçid balını toplaya bilməyən 2 346 nəfərin müqaviləsinə isə əmək qanunvericiliyinə uyğun olaraq xitam verildi.
Redaktor.az azedu.az-a istinadən xəbər verir ki, ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilmiş təkrar sertifikasiya imtahanında nəticəsi uğursuz olan və bu səbəbdən ən çox əmək müqaviləsinə xitam verilən müəllimlərin bölgələr üzrə siyahısını hazırlayıb.
Siyahını təqdim edirik:
Ağdam 94
Lənkəran 89
Gəncə 69
Sabirabad 68
Kəlbəcər 55
Abşeron 54
Zaqatala 52
Şəmkir 50
Tovuz 50
Göyçay 34
Salyan 34
Şamaxı 25
Quba 25