Lisey və gimnaziyalara qəbul imtahanı KEÇİRİLƏCƏK

 17:47 15.08.2025     119

Avqustun 16-da saat 10:00-da 2025-2026-cı tədris ili üzrə şagidlərin yerdəyişmə prosesi imtahanla həyata keçirilən lisey və gimnaziyaların 5,6,7,8 və 9-cu siniflərinə qəbul imtahanı həyata keçiriləcək.

Bu barədə Redaktor.az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, 26 avqust tarixində isə ibtidai siniflər üçün müsabiqənin müsahibə formatında təşkili nəzərdə tutulur.

İmtahana dair məlumatlar valideynlərin şəxsi kabinetinə göndərilib.

Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi üzrə müsabiqələr müəssisələr tərəfindən müəyyənləşdirilmiş tarixlərdə keçiriləcək.

Qeyd edilib ki, lisey və gimnaziyalara verilən boş yer və müraciət sayları nəzərə alınaraq bəzi siniflər və müəssisələr üzrə müsabiqə ləğv edilib. Şagirdlər avtomatik olaraq seçim etdikləri müəssisələrə yerləşdiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən