"Peşəkarlıq, şagirdlərlə işləmə bacarığı geyimdən qat-qat üstün amillərdir"

Son günlər müəllimlərin işə qəbulu imtahanının müsahibə mərhələsi ilə bağlı sosial şəbəkələrdə geyim mövzusu geniş müzakirə olunur. Bəzi namizədlər geyim tərzinin nəticəyə təsir edə biləcəyindən narahatdır.
Müsahibə zamanı geyim seçiminin önəmi nə qədərdir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Nizami Orucov bildirdi ki, müsahibə zamanı geyim namizədin uğurunu birbaşa müəyyənləşdirməsə də, əhəmiyyətli tamamlayıcı amillərdən biridir.
"İnsan haqqında ilk təəssürat adətən görünüşdən başlayır və bu baxımdan geyim namizədin məsuliyyətli, səliqəli və ciddi yanaşmasını göstərə bilər. Bu, həmçinin onun müsahibəni nə qədər vacib qəbul etdiyini də əks etdirir. Lakin geyim yalnız vizual tərəfi əhatə edir. Müsahibənin əsas məqsədi müəllim namizədin fənn biliklərini, pedaqoji bacarıqlarını, ünsiyyət tərzini və özünü təqdim etmə qabiliyyətini qiymətləndirməkdir. Peşəkarlıq, şagirdlərlə işləmə bacarığı və psixoloji hazırlıq geyimdən qat-qat üstün amillərdir.
Başqa sözlə, səliqəli və uyğun geyim yaxşı bir başlanğıc təsiri yaradır, amma uğurun əsasını namizədin biliyi, düşüncə tərzi və müəllimlik keyfiyyətləri təşkil edir. Buna görə geyimə diqqət yetirmək faydalıdır, amma nəticənin taleyi bilik və bacarıqlardan asılıdır. İnsan haqqında ilk təəssürat adətən görünüşdən başlayır və bu baxımdan geyim namizədin məsuliyyətli, səliqəli və ciddi yanaşmasını göstərə bilər. Bu, həmçinin onun müsahibəni nə qədər vacib qəbul etdiyini də əks etdirir", - deyə psixoloq qeyd etdi.
Xədicə BAXIŞLI