Məktəbəqədər müəssisələrə direktor qəbulu BAŞLADI

 16:11 18.08.2025     118

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.

Redaktor.az xəbər verir ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi sentyabrın 1-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsilli, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən