Lisey və gimnaziyalara seçim prosesinin nəticələri AÇIQLANDI

 12:20 20.08.2025     160

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlanıb.

Bu barədə Redaktor.az-a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, nəticələrə uyğun olaraq qəbul olan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılıb.

Valideyn və ya qanuni nümayəndələr övladlarının şəxsi işlərini 20 avqust tarixindən başlayaraq 25 avqust saat 12:00-dək şagirdin qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd olunan müddət ərzində sənədlər təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılacaq və müvafiq sorğu sistemdən silinəcəkdir.

Qeyd edək ki, sənəd qəbulu üçün son müraciət tarixi 25 avqust, saat 12:00-dır.

Şəxsi işlərin təhvil verilməsi zamanı valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin çıxdığı məktəbə təqdim edərək, şagirdin sənədlərini almalı və cari müəssisəyə təqdim etməlidir.

Müvafiq keçidə daxil olmaqla minimum ballar və qəbul olan şagird sayı ilə bağlı məlumat əldə edə bilərsiniz:

Vumart və Güvən reklamı Vumart Güvən