İxtisas seçiminin nəticələri niyə gecikir? - Ekspertdən AÇIQLAMA

 15:36 22.08.2025     191

Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib ki, ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə ixtisas seçiminin nəticələri gələn həftə elan olunacaq.

Niyə cavablar gecikir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, Dövlət İmtahan Mərkəzi adətən qəbuldan kənar, yəni olimpiada qalibləri, fənn olimpiadalarında və beynəlxalq yarışlarda yüksək nəticə göstərən şagirdləri nəzərə alır:

"Bu kateqoriyaya daxil olanlar adətən müraciət etdikləri ali məktəblərə imtahansız qəbul olunurlar. İndi isə görünür ki, bu proses Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlcədən proqnozlaşdırılmayıb. Başqa sözlə, işin müəyyən mərhələsində çatışmazlıq olub və nəticədə bunu vaxtında hesablaya bilməyiblər. Təsəvvür edin, ixtisas seçiminin ardınca iki gün sonra nəticələr adətən açıqlanırdı. Amma bu dəfə məsələ uzandığı üçün abituriyentlər və valideynlər arasında gərginlik yaranıb, ümumilikdə qəbul prosesi ətrafında ciddi müzakirələr başlayıb. Kimi müxtəlif səbəblər göstərir, kimi başqa ehtimallar irəli sürür. Qısa desək, qəbul məsələsində ya Dövlət İmtahan Mərkəzinin sistemində texniki problem var, ya da iş qəbul qaydalarına tam uyğunlaşdırılmayıb".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən