Kolleclərə qeydiyyat tarixi uzadılıb

 16:12 22.08.2025     669

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi avqustun 25-dək (saat 18:00) uzadılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbul olunan şəxslər portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən