Gənclərin magistraturaya marağı niyə azalıb? - SORĞU

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq məqsədilə 2025-ci il avqustun 13-dən 18-dək ixtisaslaşma seçimi elan edib. Bu ilin qəbul nəticələrinə görə, plan yerlərinin sayı 16 794 olsa da, yalnız 13 446 nəfər qəbul olunub və təxminən 3 300 yer boş qalıb. Bu vəziyyət, gənclərin magistraturaya marağının azaldığını göstərir.
Bəs niyə gənclərin magistraturaya marağı azalıb?
Redaktor.az paytaxt gəncləri a14rasında sorğu apararaq, magistraturaya marağın azalmasının səbəblərini öyrənib.
Universiteti yeni bitirmiş Lalə Mahmudova bildirir ki, “İndi işə qəbul zamanı magistr diplomu yox, real iş təcrübəsi tələb olunur. Ona görə də iki ili magistr təhsilinə sərf etməkdənsə, praktiki təcrübəyə vaxt ayırmaq daha məntiqlidir”.
Hazırda 3-cü kurs tələbəsi olan Şəhanə Mirzəyeva isə düşünür ki, “Xaricdə magistr təhsili mənim üçün daha perspektivli və ağıllı seçimdir, çünki gələcək karyeram üçün əlavə imkanlar açır”.
“Magistratura təhsili yalnız rəsmi diplom deyil, həm də şəxsi inkişaf və tədqiqat bacarıqlarını artırmaq üçün fürsətdir. Amma bu, hər gəncin hədəflərinə görə dəyişir”, - deyə sosial elmlər üzrə təhsil alan tələbə Nigar Məmmədova qeyd etdi.
Sorğu iştirakçıları arasında bəziləri hesab edir ki, magistr diplomu heç bir işə yaramır, digərləri isə bildirir ki, əslində magistr diplomu avantajdır, amma bu, işləmək istədiyin sahədən asılıdır.
Nuriyyə NATİQQIZI