ADU-da tələbə qəbulu faizi 99,4% olub

Tədris prosesində və beynəlxalq reytinq cədvəllərində əhəmiyyətli uğurlara imza atan, ikili diplom sahəsində dünyanın nüfuzlu universitetləri ilə əlaqələri genişlənən Azərbaycan Dillər Universitetinə (ADU) 2025-2026-cı tədris ilində tələbə qəbulu faizi 99,4% olub.
Redaktor.az xəbər verir ki, bu barədə ADU-nun Mətbuat xidmətindən bildirilib.
Belə ki, ilkin məlumata görə, birinci turda ADU-ya 1810 plan yeri üzrə 1799 nəfər tələbə qəbul olub.
Qeyd edək ki, ADU 2025-ci ildə nüfuzlu “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq cədvəli üzrə 5200 universitet arasında dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub. Bu, universitetin tarixində qeyd alınan ilk hadisədir.