Qəbul imtahanında uğursuzluq yaşayanlar necə motivasiya olmalıdırlar? - AÇIQLAMA 

 11:36 26.08.2025     136

Ötən günlərdə ixtisas seçimi nəticələri açıqlanıb. Lakin qəbul ola bilməyən və ya istədiyi ixtisas olmadığı üçün oxumayan abituriyentlər yenidən imtahana hazırlaşacaqlar.

Bəs bu abituriyentlər özlərini necə motivasiya etməlidirlər?

Redaktor.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirdi ki, bəzən istədikləri ixtisasa qəbul olmamaq abituriyentləri daha doğru seçimlərə yönəldir.

"Ümumiyyətlə qəbulun nəticəsi onların dəyərini və potensialını müəyyən etmir. Abituriyentlər ğzləri öz motivasiyalarını qorumalıdırlar. Özü müəyyən etməlidir ki, hansı fənlərdə çətinlik yaşayıb, bu dəfə hazırla.anda nələri fərqli yerinə yetirməlidir".

Müsahibimiz qeyd etdi ki, böyük məqsədlər qorxuducu görünə bilər, amma onları gündəlik kiçik tapşırıqlara bölmək motivasiyanı artırır.

"Ailə, müəllim və dostlarla müsbət ünsiyyət aparmaq, emosional dayaq qazanmaq çox önəmlidir.
Bu dövrü ikinci şans kimi görmək, öz üzərində işləmək və güclənmək fürsəti kimi qəbul etmək lazımdır.
Unutmayaq ki, uğur bir imtahanın nəticəsi ilə deyil, insanın davamlı zəhməti və inadkarlığı ilə ölçülür. Təkrar hazırlıq dövrü isə gənclərə daha yetkin, daha məqsədyönlü şəkildə hazırlaşmaq imkanı verir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən