Milli Müdafiə Universiteti tələbə qəbulu elan EDİR

 12:30 26.08.2025     283

Cari ildə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanından 600 və daha yuxarı, I, II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarından 450 və daha yuxarı bal toplamış və təhsillərini aşağıda qeyd olunan ali təhsil müəssisələrində davam etdirmək istəyən kişi cinsli abituriyentlər 29 avqust 2025-ci il tarixindək Heydər Əliyev adına Hərbi İnstituta müraciət edə bilərlər:

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

IV ixtisas qrupu:

  • Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tədris Araşdırma Xəstəxanasında “Hərbi tibb” ixtisası üzrə;
  • Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində “Hərbi tibb”, “İctimai Səhiyyə” və “Əczaçılıq” ixtisasları üzrə boş qalan plan yerləri.

I, II və III ixtisas qrupu:

  • Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları üzrə ali hərbi təhsil müəssisəsində (Ankara şəhəri) I, II və III ixtisas qruplarından müraciət edənlər üçün;
  • Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri üzrə ali hərbi təhsil müəssisələrində (İstanbul şəhəri) I ixtisas qrupundan müraciət edənlər üçün. 
Vumart və Güvən reklamı Vumart Güvən