MİQ-in apellyasiya müsahibələrinin nəticələri AÇIQLANDI
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Apa"ya Təhsil İnstitutunun İnsan Resurları Mərkəzindən məlumat verib. Apellyasiya müsahibələri 8 sentyabr tarixində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.
Qeyd edilib ki, müsahibə linki 7 sentyabr tarixində namizədlərin şəxsi səhifələrində qeyd olunan elektron poçt ünvanlarına göndəriləcək.













