Şagirdlərə 306 min dərslik paylanacaq - Valideynlər hara müraciət etməlidir?

 12:02 10.09.2025     1273

2025-2026-cı tədris ilində Mil-Muğan Regional Təhsil İdarəsinin Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərinə 214 adda 306 199 nüsxə dərslik paylanılacaq.

Redaktor.az bu barədə "Azərbaycan müəllimi"nə istinadən xəbər verir.

Bildirilib ki, şagirdlər və onların valideynləri dərslikləri əldə etmək üçün müvafiq dövlət ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər. Bu, tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək. 

Şagird və valideynlərin nəzərinə o da çatdırılıb ki, mövcud qaydalara görə, dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur.

22222
Vumart və Güvən reklamı Vumart Güvən