MİQ imtahanları ödənişli olacaq - Nazir AÇIQLADI

 11:57 11.09.2025     436

“Hər il MİQ-lə bağlı 60 min nəfər müraciət edir, 48 mini gəlir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən yeni tədris ilinə dair media birifinqində müəllimlərin işə qəbulu imtahanlarının ödənişli olacağı barədə məlumatı şərh edərkən deyib.

“Bu, əlavə xərc deməkdir. Adam qeydiyyatdan keçir, özü heç nə itirmir. Biz sadəcə deyirik ki, bunun maya dəyəri var. İmtahan təşkil etmək ucuz iş deyil. Qiyməti biz müəyyən etmirik. Bu olarsa, əsaslanmalıdır ki, niyə qiymət budur. Bir çox qruplar üçün ödənişsiz olacaq. Şəhid ailələri, sosial yardım alanlar və s. Məqsəd pul yığmaq yox, məsuliyyət yaratmaqdır”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən