"Azərbaycanda tədris dövlət dilində olmalıdır" - Emin Əmrullayev

 13:09 11.09.2025     668

“Ola bilər Azərbaycan hansısa ölkə ilə yaxınlaşdı. Hansısa dillər tədris oluna bilər. Amma bu, o tipli məktəblərin yaradılması demək deyil”.

Redaktor.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən yeni tədris ilinə dair media birifinqində deyib.

Nazir qeyd etdi ki, Azərbaycanda tədris dövlət dilində olmalıdır.

“Dövlət məktəblərində ingilis bölmələrinin açılması hələ gündəmdə deyil. Əsas məqsəd Azərbaycan dilində tədrisi inkişaf etdirməkdir”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən