"Sertifikasiya balı yüksək olan müəllimlərin şagirdləri də yaxşı nəticələr verir" - Nazir müşaviri

 14:55 12.09.2025     269

“Monitorinqlər zamanı gördük ki, sertifikasiyada nəticəsi yüksək olan müəllimlərin şagirdləri də yaxşı nəticələr verirlər”.

Redaktor.az xəbər verir ki, bu fikirləri bu gün keçirilən “2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” adlı tədbirdə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev səsləndirib.

O bildirib ki, bu, bir daha sertifikatlaşdırma ilə bağlı islahatların nəticəsini əyani şəkildə göstərir.

Vumart və Güvən reklamı Vumart Güvən