78 yaşında tələbə oldu: 12 nəvəsi, 12 nəticəsi var... - VİDEO

 13:49 19.09.2025     278

Ordubad şəhərinin 78 yaşlı sakini Hicrət Yusifova peşə təhsili alacaq.

Redaktor.az xəbər verir ki, o, bu il Ordubad Peşə Liseyinin "Xalçaçı" ixtisasına qəbul olub.

Qeyd edək ki, Hicrət Yusifova 19 noyabr 1946-cı ildə Ordubad şəhərində anadan olub. Onun 5 övladı, 12 nəvəsi və 12 nəticəsi var. 25 il Ordubad ipək kombinatında çalışıb.

"Azərbaycan müəllimi"nə açıqlama verən Hicrət Yusifova deyir ki, xalça toxumağa hər zaman həvəsi olub: "Bu il Ordubad Peşə Liseyində xalça qrupunun açıldığını görəndə çox sevindim. Tələbə adı qazandığım üçün çox sevincliyəm".

222
Vumart və Güvən reklamı Vumart Güvən