''Təhsil hər kəs üçün əlçatan olmalıdır'' - Nazir

 10:35 24.09.2025     771

Hər bir fərdin təhsilini davam etdirmək imkanı olmalıdır. Bu yalnız elitaya aid olan bir şey deyil.

Redaktor.az azedu.az-a istinadən xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “THE Avrasiya Universitetlərinin Sammiti”ndə çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, potensiallı hər kəs üçün  imkanlar təmin edilməlidir:

“Bəs, bərabərlikdən danışarkən balansı necə qurmayılıq? Region, gender, ailənin sosial-iqtisadi vəziyyəti və daha bir çox amillər ali təhsilə çıxış imkanını əvvəlcədən müəyyən edir. Bu, düşünürəm ki, hökumətlər üçün əsas çağırışlardan biridir: fərdin harada doğulmasını və hansı sosial-iqtisadi şəraitdə böyüməsini özü seçmir. Bu səbəbdən də onların təhsil imkanlarını genişləndirməliyik. Bütün potensiallı şəxslərə bu imkan tanınmalıdır”.

Vumart və Güvən reklamı Vumart Güvən