"Bunlar məsuliyyətə cəlb olunmadıqca, növbəti şəxslər üçün örnək olmur" - Təhsil ekspertindən ETİRAZ
Xəbər verdiyimiz kimi, Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbində direktor müavini şagird və xadiməni döyüb.
Direktor müavininin hərəkətləri ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, Lənkəranda baş verən hadisə mediada, sosial şəbəkədə təqdim olunduğu kimi deyil.
"Yəni həmin məktəbdəki müavin artıq beş-altı ay bundan əvvəl işindən azad olunub. Amma fərqi yoxdur bu, üç ay, beş ay, bir gün olsun, bu kimi vəziyyəti yaradan rəhbərlik, xüsusilə həm təhsil verənlər, həm idarəedicilər müəyyən məsuliyyətə cəlb olunmalıdırlar. Bunlar məsuliyyətə cəlb olunmadıqca, növbəti şəxslər üçün örnək olmur. Qanunvericiliyin tələbləri səviyyəsində bu şəxslər cərimədirsə, cərimələrini almalıdırlar, cinayət əməli varsa, hüquq-mühafizə orqanları tədbir görməlidirlər. Bütün hallarda, bu, bir təhsil müəssisəsinə yaraşmayan hərəkətdir".
Aytəkin TOFİQQIZI













