Musiqi məktəblərinə işə qəbul üzrə xüsusi müsabiqə elan olundu

 17:14 07.10.2025     614

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam və aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə xüsusi müsabiqə elan olunur.

Bu barədə Redaktor.az-a nazirlikdən bildirilib.

Qeyd edilib ki, müsabiqə keçirilmiş attestasiya prosesində səs çoxluğu, yəni komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər Nazirlik tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək xüsusi müsabiqəyə qatılmaqla yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı əldə edirlər.

Qeydiyyat 3–17 oktyabr tarixlərində Dövlət İmtahan Mərkəzinin portalında aparılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən