Orta ixtisas təhsili üzrə qeydiyyat müddəti UZADILDI

 17:08 09.10.2025     477

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi 10 oktyabr saat 18:00-dək uzadılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Namizədlər https://portal.edu.az/ üzərindən "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən