Eşqi Bağırov əmr imzaladı - Məktəb direktoru işdən ÇIXARILDI

 11:35 22.10.2025     3151

Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elşad Kərimov işdən azad edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyindən Redaktor.az-a verilən məlumata görə, bu barədə agentliyin direktoru Eşqi Bağırov əmr imzalayıb.

Elşad Kərimov fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Vumart və Güvən reklamı Vumart Güvən