Emin Əmrullayev bu rayonda qəbul keçirdi - FOTO

 18:31 31.10.2025     1169

Oktyabrın 31-də elm və təhsil naziri Emin Əmrullayev Salyan şəhərində vətəndaş qəbulu keçirib.

Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Salyan, Şirvan, Hacıqabul, Neftçala və Biləsuvar sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, sertifikatlaşdırma prosesi və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Emin Əmrullayev Salyanda vətəndaşları qəbul edibEmin Əmrullayev Salyanda vətəndaşları qəbul edibEmin Əmrullayev Salyanda vətəndaşları qəbul edib

2
Vumart və Güvən reklamı Vumart Güvən