“Azərbaycan dilində vurğu həmişə sona düşmür”

 11:56 07.11.2025     802

“Azərbaycan dilində vurğu həmişə sona düşmür”.

Redaktor.az xəbər verir ki, bu fikirləri AMEA Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda keçirilən konfransda səsləndirib.

O bildirdi ki, cəmiyyətdə “vurğu həmişə son hecaya düşür” fikri yanlış təsəvvür yaradır:

“Azərbaycan dilində bütün sözlərin vurğusu sona düşmür. Vurğunun yeri bəzən sözün mənasını da dəyişə bilir. Bu səbəbdən, dil normalarına əməl etmək, orfoqrafiya və leksik qaydaları düzgün tətbiq etmək vacibdir”.

AMEA rəsmisi qeyd etdi ki, yaxın vaxtlarda süni intellektin köməyi ilə 220 min sözlük yeni orfoqrafiya lüğəti istifadəyə veriləcək:

“Bu lüğət Azərbaycan dilinin sistemini daha da təkmilləşdirəcək, həm alimlər, həm də jurnalistlər üçün praktik vəsait olacaq”.

Nadir Məmmədli həmçinin vurğuladı ki, apostrofun ləğvi dilə mənfi təsir göstərməyib:

“Apostrof yalnız dil tarixçiləri üçün əhəmiyyətlidir, müasir istifadə baxımından o, artıq bir işarə funksiyasını itirmişdi”.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən