Bu il 47 məktəb binasının bərpası başa çatdırılıb

 12:02 13.11.2025     434

Bu il 47 məktəb binasının bərpası başa çatdırılıb.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, ən vacib məsələlərdən biri infrastruktur quruculuğu ilə bağlıdır: “2003-2025-ci illərdə 3600-dən çox məktəb binası tikilib və ya əsaslı təçmir edilib. 2025-ci ildə 47 məktəb binasının bərpası başa çatdırılıb”.

Vumart və Güvən reklamı Vumart Güvən