"Səriştəli müəllimlər gedib evdə repetitorluq etməklə daha çox pul qazanmağı seçəcəklər" - Könül Aydın
"Müəllimin tam iş günü işləməsi də çıxış yolu olmayacaq".
Redaktor.az xəbər verir ki, bu fikri filologiya üzrə fəlsəfə doktoru Könül Aydın özünün feysbuk hesabında yazıb.
"Yenə də səriştəli müəllimlər gedib evdə repetitorluq etməklə daha çox pul qazanmağı seçəcəklər, zəif müəllimlər isə məktəbdə qalacaq. Dövlət onlara çox pul xərcləyəcək, nəticə isə dəyişməyəcək. Bu, mənim proqnozumdur".
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, müəllimlərin dərs yükü həftədə 18-24 saat təşkil edəcək və qalan zamanda müəllim şagirdlərlə işləyəcək.
Aytəkin TOFİQQIZI













