İlk dəfə sertifikasiyadan keçən müəllimlərin maaşına əlavələr nə zaman ödəniləcək? - Nazir AÇIQLADI

 15:52 17.11.2025     4568

“Bu il ilk dəfə sertifikasiya imtahanı verən və uğur qazanan müəllimlərin maaşına əlavələr ilin sonuna qədər ödəniləcək”.

Redaktor.az
-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, sertifikasiya prosesi bitməlidir. Müəllim imtahan verir, sonra müsahibə mərhələsi var. Hər il bu proses iyul–avqust aylarına təsadüf edir.

“Daha sonra sənədləşmə aparılır. Bütün hüquqi prosedurlar tamamlandıqdan sonra müəllimlərin əməkhaqqısına əlavələr birdəfəlik ödənilir. Daha sonra ödəmələr aylıq qaydada davam edir”, - deyə E.Əmrullayev əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən