Niyə ali təhsil müəssisələrində tətil qaydaları orta məktəblərdən fərqlənir? - Deputat DANIŞDI

 22:20 18.11.2025     509

Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində noyabrın 16–20-si tarixləri payız tətilidir.

Bəs ali məktəb tələbələrinə niyə payız tətili verilmir?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov sulımıza cavab olaraq Redaktor.az-a bildirdi ki, hər təhsil sisteminin özünəməxsus xüsusiyyətləri və qaydaları var.

"Orta məktəb ilə universitet arasında bu fərq çox aydın şəkildə görünür. Orta məktəbdə tətbiq edilən qaydalar və tətbiq olunan tətil vaxtları ilə universitetdəki tətil qaydaları eyni deyil, çünki bunlar fərqli təhsil səviyyələridir. Orta məktəb şagirdləri ilə universitet tələbələri arasında fərqliliklər var. Universitetdə tələbələr daha yetişkin və fərqli bilik səviyyəsinə sahibdirlər. Məsələn, universitetdə imtahanlardan sonra tələbələrə təhsil dövrü ərzində 15 günlük bir tətil verilir. Buna görə də, orta məktəb və universitet sistemlərini bir-birinə bənzətmək düzgün olmaz, çünki hər iki sistemin özünə uyğun tələbləri və qaydaları var. Bundan əlavə, ölkəmizdə təhsil müddətində müxtəlif tətil dövrləri mövcuddur və insanlar bu imkandan kifayət qədər istifadə edirlər. Bu səbəbdən, hər təhsil sisteminin öz tələblərinə uyğun olaraq proseslərin tənzimlənməsi vacibdir. Universitetin təhsil proqramı və tətil dövrləri, məktəb sistemindən fərqli şəkildə müəyyənləşdirilməlidir", - deyə millət vəkili qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən