8 saatlıq rejimlə işləyən müəllimlərin maaşı yüksək olacaq - AÇIQLAMA

 20:08 19.11.2025     1906

"Kənd məktəblərində təhsil səviyyəsinin yüksəldilməsi üçün ilk növbədə orada pedaqoji heyətin formalaşdırılması əsas şərtdir. Pedaqoji heyət nə qədər yüksək ixtisaslı kadrlarla təyin olunarsa, o zaman kənd məktəblərində uğurlu nəticələr əldə etmək mümkündür".

Bu fikirləri Redaktor.az-a kənd məktəblərində təhsil səviyyəsinin yüksəldilməsi yollarından danışarkən elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirdi.

Elçin Əfəndi: “İstər dövlət sifarişi, istərsə də ödənişli əsaslarla oxuyan  hər bir tələbənin təhsil xərci deyə anlayış var”

"Məktəblərin yüksək ixtisaslı kadrlarla təyin olunmasında başlıca şərt əmək haqqlarının yüksək olmasıdır. Məlum olduğu kimi, hazırda indi demək olar ki, gündəmdə əsas müzakirə mövzularından biri müəllimlərin dərs saatına görə deyil, iş saatına görə əmək haqqı alması məsələsidir ki, məhz bu qərara keçid olduqdan sonra artıq bölgələrdə vakant yerlərin tutulması prosesi müşahidə olunacaq. Çünki bu zaman əmək haqqları yüksək formalaşacaq. Əmək haqqları yüksək formalaşacağı halda da artıq dörd saat, beş saat, yaxud da altı saat dərsi olanlardan müvafiq olaraq imtina olunmayacaq. Çünki burada konkret iş saatına görə mövcud formalaşan əmək haqqı təqdim olunacaq ki, bu zaman da həmin bölgə məktəblərindəki vakant yerlər tutulacaq. Orada da yüksək ixtisaslı kadrlar olduğu zaman, əlbəttə, kənd məktəblərində təhsil səviyyəsinin yüksəldilməsi daha asan olacaq", - deyə ekspert vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən