"Bizim məktəblərimizdə də bunun nəzərə alınmasına ehtiyac var" - Elm və təhsil komitəsinin üzvü
"Keyfiyyətli təhsil üçün siniflərdə uşaqların sayı xüsusi əhəmiyyət daşıyan bir məsələdir".
Bu fikri Redaktor.az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov siniflərdə mövcud olan şagird sıxlığından danışarkən bildirdi.
"Elə dünyada da tətbiq olunan müəyyən metodlar var, müəyyən yanaşmalar var. O yanaşmalara əsasən də müəyyən sayda tələbələrin, şagirdlərin sinifdə olduğu halda keyfiyyətli tədrisi təşkil etmək mümkündür. Əks halda bunu təmin etmək və bunu təşkil etmək mümkün deyil. Yəni bu, həm beynəlxalq, həm də praktik təcrübədir. Ona görə bizim məktəblərimizdə də bunun nəzərə alınmasına ehtiyac var.
Bir müəllim 45 dəqiqədə 40, 50, 60 və ya daha az tələbə ilə məşğul ola bilməz. Əgər biz keyfiyyətli tədris istəyiriksə, mütləq şəkildə bu məsələni və bu məqamı nəzərə almalıyıq. Əks təqdirdə keyfiyyətli təhsili təmin etmək və əldə etmək mürəkkəb bir prosesdir. Ona görə ümumiyyətlə yanaşma belədir ki, keyfiyyət üçün bu məsələ mütləq şəkildə nəzərə alınmalıdır. Əks halda biz belə halların keyfiyyətə ciddi təsir göstərdiyinin şahidi olacağıq", - deyə millət vəkili vurğuladı.
Aytəkin TOFİQQIZI













