"Repetitorluqla məşğul olub vergi ödəməyənlərlə bağlı addımlar atılmalıdır" - Elm və təhsil komitəsinin üzvü

 17:34 24.11.2025     4281

Repetitorların sertifikasiyadan keçməsi və vergi ödəmələri ilə bağlı təkliflər var.

Bəs bunların həyata keçirilməsinə ehtiyac varmı?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Redaktor.az-a danışarkən bildirdi ki, hazırda Elm və Təhsil Nazirliyi bu istiqamətdə müəyyən addımlar atır və tədbirlər həyata keçirir:

"Biz repetitorluğun inkişafına, formalaşmasına yox, onun qarşısının alınmasına çalışmalıyıq. Əsas yanaşma, əsas mahiyyət belə olmalıdır. Biz onları sertifikasiyaya cəlb etməklə onların fəaliyyətini leqallaşdırırıq və fəaliyyətlərinə yeni şərait yaradırıq".

Millət vəkili hesab edir ki, bütün hallarda repetitorluqla məşğul olan şəxslər vergi ödəməlidirlər:

"Onlar gəlir qazanırlar və qazandıqları bu gəlirlərdən mütləq vergi ödəməlidirlər. Əgər bu işlə məşğul olub vergi ödəməyənlər varsa, onlarla bağlı addımlar atılmalıdır. Onlarla bağlı işlər görülməlidir ki, heç kim vergidən yayınmasın. Mən düşünürəm ki, məsələnin əsas istiqaməti, əsas hədəfi və əsas mahiyyəti belə olmalıdır.

Yəni biz bu aspektdən məsələyə yanaşmalıyıq. Biz düşünməliyik ki, necə edək ki, bu proses zənginləşsin. Belə bəyanatlar verilərkən çox diqqətli və ehtiyatlı olmaq lazımdır ki, əlavə problem yaratmayaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən