11-ci siniflərin buraxılış imtahanları fevralda başlayacaq? - Rəsmi CAVAB
Son günlər sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələlərdən biri 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının birinci mərhələsinin fevral ayında başlayacağı barədə yayılan məlumatlardır. Bu xəbər abituriyentlər arasında müəyyən çaşqınlıq yaradıb.
Redaktor.az-ın məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə ünvanladığı sorğuya cavab olaraq bildirildi ki, yayılan məlumat əsaslı deyil.
"İmtahan qrafiki adətən ilin əvvəllərində dəqiqləşir və ictimaiyyətə elan olunur", - deyə cavabda qeyd olunur.
Aytəkin TOFİQQIZI













