Bu regionda 100-ə yaxın məktəb təmir EDİLƏCƏK

 11:27 29.11.2025     2359

Cəlilabad rayonununda bir sıra məktəblərin baxımsız vəziyyətdə olması ilə bağlı məlumatlar yayılıb.

Redaktor.az modern.az-a istinadən xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, regional üzrə bu ilin sonuna kimi 100-ə yaxın təhsil müəssisəsinin cari və əsaslı təmir işlərinin icra edilib təhvil verilməsi planlaşdırılır.

Qeyd edilib ki, Astara rayonunun Sərək, Lerik rayonunun Cəngəmiran və Cəlilabad rayonunun Göytəpə şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəblərinin yeni binaları tikilərək istismara verilib. Lənkəran rayon Viyən kənd, Astara rayonunun Şümrüd kənd məktəblərinin də istismara verilməsi planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən