Elm və Təhsil Nazirliyində yeni bölmə YARADILDI

 11:34 02.12.2025     2724

"Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılır. Peşə təhsilinə cavabdeh olan yeni bölmə yaradılıb”.

Redaktor.az
 "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, bu barədə dekabrın 2-də keçirilən “Peşə təhsili: nailiyyətlər və çağırışlar” konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib.

Onun sözlərinə görə, ölkə üzrə peşə təhsili siyasətini müəyyən edən, bu sahədə planlaşdırma, monitorinq və qiymətləndirmə funksiyasını həyata keçirən müvafiq qurum fəaliyyət göstərir.

"Eyni zamanda, bu qaydaların və siyasətlərin icrasına məsul olan, əməliyyat funksiyalarını yerinə yetirən Peşə Təhsili üzrə Dövlət Agentliyi mövcuddur. Bizim uğurumuz, əlbəttə ki, həm siyasət qanadının, həm əməliyyat qanadının, həm də yerlərdə bütün işi görən peşə təhsili müəssisələrinin birgə fəaliyyətindən asılıdır”, - deyə M.Kərimli vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən