"Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır" - Firdovsiyyə Əhmədovadan ETİRAZ

 12:18 03.12.2025     460

"Bizim çox istedadlı, bacarıqlı, elmə həvəs göstərən gənclərimizin qarşısında bir də o dildən imtahan verdikdən sonra elmə gəlmək məsələsi bir əngəl yaradıb. Hamı burada deyə bilər ki, necə mümkün deyil ki, mütləq dil bilinməlidir - ingilis dili və s.".

Redaktor.az xəbər verir ki, bu fikriləri tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova "Sosial-siyasi elmlər müasir çağırışları fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər"  mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı səsləndirdi.

Onun sözlərinə görə, mütəxəssis hansı sahədə tədqiqat aparacaqsa, o sahələrin dilini bilməlidir:

"İngilis dilini də bilməlidir. Amma qoyulan tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır. Ona görə mən yenə də qeyd edirəm: dövlət başçısının AMEA-da səsləndirdiyi çıxışların içərisində tarix elmini əgər biz kənara bir az ayırsaq, ən çox ideologiyaya məruz qalan, ən çox elastik olan tarix sahəsidir. Hər zaman siyasətin elə bil arxasında, yedəyində gedən bir sahə kimi. Cənab prezident Qərbi Azərbaycanla bağlı bu məsələyə toxundu - ləyaqətlə və əsaslandırılmış məntiqlə qayıdışımız üçün. Məsələ ondadır ki, Azərbaycan tarixini həqiqi, obyektiv tədqiq eləsək, hansısa konyunkturaya, ideologiyaya ehtiyacımız yoxdur. Yetər ki, tarix elmi akademik baxımdan düzgün araşdırılsın".

Aytəkin TOFİQQIZI

2
Vumart və Güvən reklamı Vumart Güvən