Emin Əmrullayev yeni olimpiadanın anonsunu VERDİ

 10:55 04.12.2025     939

Növbəti ildən başlayaraq akademik Yusif Məmmədəliyevin xatirəsinə həsr olunmuş olimpiada təşkil edə bilərik.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş beynəlxalq konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, bir çox yaxın regionda həmin ölkənin alimlərinin xatirəsini yaşatmaqla yanaşı, gələcəyə sərmayə qoymaq üçün məktəblilər arasında beynəlxalq olimpiadalar keçirilir: “Olimpiada sahəsində qazandığımız uğurlar bizə bu istiqamətdə beynəlxalq tədbir keçirməyə imkan verir”.

Vumart və Güvən reklamı Vumart Güvən