"Etibar Əliyev elmə, təhsilə müəyyən qədər fayda verə bilər"

 19:42 04.12.2025     1243

UNEC Elmin Popularlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev təklif edib ki, elmin populyarlaşdırılmasının saytı yaradılmalıdır.

Təklifi Redaktor.az-a şərh edən təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, elmə, təhsilə fayda verə biləcək hər bir addım təqdir olunmalıdır.

"Ancaq məsələ burasındadır ki, bu, müəyyən şəxsi maraqlara yox, ümumi elmə, təhsilə hesablanan bir layihə olsa, əlbəttə ki, o halda ehtiyac var və yaranmalıdır. Etibar Əliyev tanınmış təhsil ekspertidir və elmə, təhsilə də müəyyən qədər fayda verə bilər. Yəni belə təşəbbüslər ziyansız təşəbbüslərdir. Belə təşəbbüslərə qoşulmaq, belə təşəbbüsü dəstəkləmək lazım gələcək", - deyə o vurğuladı.

Aytəkin TOFİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən