"Azərbaycan müəllimi dəyişməyə tam hazırdır" - Kənan Kərimzadə

 10:35 09.12.2025     1086

“Təhsildə keyfiyyət təsadüflər əsasında yaranmır. Keyfiyyət, ən əsası, davamlı öyrənməklə qorunmalıdır.”

Redaktor.az xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransda deyib.

“Bu sahədə islahatlar və yeniliklər asan deyil. İnanıram ki, Azərbaycan müəllimi, təhsil verənlər və idarə edənlər dəyişməyə tam hazırdırlar. Azərbaycan təhsil sistemi dünyaya açıqdır və öyrənməkdən qorxmur. Bu gün burada olmağımız qeyd etdiyim yanaşmaya ən böyük dəstəkdir.”

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən