Fevralda qəbul imtahanı keçiriləcək? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə gələn ilin qəbul imtahanları ilə bağlı bir sıra tarixlər açıqlanıb. İddia edilir ki, fevral ayının 15-də magistraturaya qəbul imtahanı keçiriləcək.
Redaktor.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, tarixlərlə bağlı DİM-in saytı və sosial şəbəkələri vasitəsilə elan edilməyən istənilən məlumat doğru deyil.
O da qeyd edilib ki, imtahan tarixləri ilə bağlı qrafik adətən ilin əvvəlində müəyyən edilir.













