"Nicat Məmmədli problemlərə obyektiv yanaşma bacarığı ilə seçilir" - Ekspertdən yeni təyinata REAKSİYA
"Təhsilin İnkişafı Fonduna direktor təyin edilən Nicat Məmmədli Elm və Təhsil Nazirliyində ayrı-ayrı vəzifələrdə çalışıb. Ali təhsil üzrə geniş bilik və dünyagörüşünə malikdir".
Bu fikrləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov elm və təhsil nazirinin müşaviri Nicat Məmmədlinin Təhsilin İnkişafı Fonduna direktor təyin edilməsinə münasibət bildirərkən dedi.
"Eyni zamanda, Nicat Məmmədli problemlərə obyektiv yanaşma bacarığı ilə seçilir və düşünürəm ki, Təhsilin İnkişaf Fondunda fəaliyyəti uğurlu olacaq".
Aytəkin TOFiQQIZI













