"350-dən çox tələbəmizin işlə təmin olunmasına şərait yaratmışıq" - Bəhruz Əzimov

 11:16 25.12.2025     497

"Tələbələrin işlə təmin olunması ilə bağlı bir sıra təlimlər həyata keçiririk".

Redaktor.az xəbər verir ki, , bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nın hesabat tədbirində çıxışı zamanı deyib.

"Bu yolda 1500-dən çox tələbə təlimlərə cəlb olunub. Eyni zamanda 350-dən çox tələbəmizin işlə təmin olunmasına şərait yaratmışıq. Media fəaliyyətimiz şəffaf şəkildə qurulub. Həm fəaliyyətimizin şəffaflığını vətəndaş cəmiyyəti ilə, həm də əldə olunan nəticələri, məqalələri hər zaman media ilə paylaşırıq", - deyə o bildirib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən