"Attestatla qəbul tələbə cəlb etmək üçün alətdir" - Tural Əhmədov

 14:08 26.12.2025     552

"Attestatla qəbul tələbə cəlb etmək üçün alətdir. Attestatla qəbul mərkəzləşdirilmiş imtahanlarda uğurlu olmayan vətəndaşlar üçün təklifdir".

Redaktor.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirilən “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2025-ci ilin yekunlarına dair” brifinqdə deyib.

"Biz bu diplomların tanınıb-tanınmayacağını indidən müəyyən edə bilmərik. Tanınma üçün birinci şərt akkreditasiyadır. Ali təhsil müəssisəsi yerləşdiyi ölkədə akkreditasiyadan keçmiş olmalıdır. Bəzi ölkələrdə birgə tərəfdaşlıq çərçivəsində proqramlar təklif olunur. Yekunda isə biz ümumiyyətlə onun universitet olaraq tanınmadığını görürük”. 

Onun sözlərinə görə, attestatla qəbul olan vətəndaşların taleyi sıxıntılı olur:

“Müraciətdə görünür ki, 4 il oxuyurlar ancaq onların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanda da nəticələri zəif olur". 

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən