Məktəb direktoru vəfat etdi

 09:38 08.01.2026     1190

Cəbrayıl rayon 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Namiq Məmmədli vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə məktəbin feysbuk səhifəsində məlumat verilib.

"Çox dərin və kədər hissi ilə bildirmək istəyirik ki, məktəbimizin direktoru, çox hörmətli Namiq müəllim rəhmətə gedib. Kollektivimiz adından Namiq müəllimə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik!

Allah sizə rəhmət eləsin, gözəl insan, fədakar direktorumuz!", - deyə paylaşımda yazılıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən