Goranboy-Naftalan rayonları üzrə təhsil sektoruna müdir təyin edildi - FOTO
Cəfərov Vüsal Rizvan oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib.
Bu barədə Redaktor.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edək ki, Vüsal Cəfərov 20 may 2025-ci il tarixindən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edib.














