"DİM-dən gözləntilər yenə özünü doğrultmadı" - Məzahir Məmmədli
"Dövlər İmtahan Mərkəzindən gözləntilər yenə özünü doğrultmadı. Magistraturaya qəbul imtahanının vaxtı elan olunub. Magistratura imtahanında problem haradadır?".
Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Məzahir Məmmədli feysbuk hesabında yazıb.
"2026-cı il magistraturaya qəbul imtahanında məntiqdən 50 sual salınıb. Amma bu fənn nə orta məktəbdə, nə də ali məktəbdə sistemli şəkildə tədris olunur. Tədris olunmayan fəndən imtahan götürmək nə dərəcədə doğrudur?
Ötən il minlərlə magistratura yeri, o cümlədən 1000-dən çox dövlət sifarişli yer boş qaldı. Bu artıq təsadüf deyil. Səbəb nədir?
– DİM-in reallıqdan uzaq imtahan modeli?
– Yoxsa əmək bazarında magistr dərəcəsinə tələbatın olmaması?", - deyə o, sual edib.
Aytəkin TOFİQQIZI













