Valideynlər övladlarını ali təhsilə deyil, peşə təhsilinə yönləndirsinlər - AÇIQLAMA

 17:41 11.02.2026     2608

"Universitet və peşə təhsilini müqayisə etdikdə, ali təhsil müəssisələrini bitirənlərlə müqayisədə peşə təhsilini bitirənlər daha tez və çevik şəkildə əmək fəaliyyətinə başlaya bilirlər. Çünki peşə təhsili istiqamətində olan ixtisaslar üzrə hazırda əmək bazarında kifayət qədər vakansiyalar mövcuddur".

Bu fikirləri Redaktor.az-a elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirdi.

Müsahibimizin fikrincə, valideynlər övladlarını ali təhsilə deyil, peşə təhsili istiqamətinə yönləndirməklə onların daha erkən yaşda karyeraya başlamasına şərait yarada bilərlər.

"Hazırda ölkəmizdə peşə təhsili sahəsində irəliləyişlər müşahidə olunur. Dövlət başçısının müvafiq sərəncamından sonra artıq 6-7 ildən çoxdur ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi fəaliyyət göstərir. Bu agentlik yarandıqdan sonra peşə təhsilinə maraq, demək olar ki, hər il daha da artır. Belə olduğu halda, əlbəttə, biz valideynlərin peşə təhsilinə maraqlı olmalarını istəyirik. Şərt o deyil ki, mütləq ali təhsil alınsın. Ölkəmizdə peşə təhsili alaraq uğur qazanan kifayət qədər vətəndaş var. Onlar sırf peşə təhsili vasitəsilə özləri üçün ideal karyera qurub, geniş karyera imkanları əldə edib, eyni zamanda yaxşı həyat şəraiti formalaşdıra biliblər".

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən