Eksternat imtahanların nəticələri AÇIQLANDI

 11:39 13.02.2026     5077

Eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub.

Redaktor.az xəbər verir ki, imtahanlarda iştirak edən şəxslərin bilik və bacarıqları müvafiq qaydalara uyğun olaraq qiymətləndirilib və nəticələr təsdiq edilib.

Nəticələr barədə məlumat iştirakçılara SMS bildirişi vasitəsilə göndərilib.

Qeyd edək ki, eksternat imtahanlarının keçirilməsində əsas məqsəd müxtəlif səbəblərdən təhsilini yarımçıq qoymuş və ya müvafiq sinif üzrə təhsilini təsdiqləmək istəyən şəxslərə biliklərini qiymətləndirmək imkanı yaratmaqdır.

Vumart və Güvən reklamı Vumart Güvən